çərşənbə 18 iyun 2025 - 12:58
Pakistanın sünni məzhəbinin baş müftisinin İrana tam dəstəyi

Hövzə Pakistanın tanınmış sünni alimi Müftü Məhəmməd Təqi Osmani, sionist rejimin son təcavüzlərinə cavab olaraq İranın qətiyyətli və çəkindirici cavabını alqışlayıb və bu hadisələri İslam dünyasında birliyin gücləndirilməsi üçün ilahi bir nemət və dəyərli fürsət adlandırıb.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına görə, Pakistanın tanınmış sünni alimi və Divbənd İslam Mərkəzinin rəhbəri Müftü Məhəmməd Təqi Osmani, sosial şəbəkə “X”dəki hesabında sionist rejimin İrana qarşı son təcavüzünə münasibət bildirib.

O, bu  paylaşımında qeyd edib:  İran İslam Respublikası qətiyyətli cavab verir. İran hazırda İsrailə güclü şəkildə cavab verir və bu, İsrailin ilk dəfə olaraq bombardmanın əsl dadını hiss etdiyi andır.

O əlavə edib ki, hərçənd İran bu hücum nəticəsində müəyyən itkilər verib, lakin İsrailə qarşı güclü və qətiyyətli cavab verir.  
Bu gün İsrail ilk dəfə anlayır ki, bombardman nə deməkdir. Bu rejimin İslam dünyasına qarşı düşmənçilik məqsədləri heç kimə gizli deyil.

Müftü Osmani bu hadisəni belə qiymətləndirib:  Bu, ilahi qüdrət tərəfindən İslam ümmətinə verilmiş başqa bir fürsətdir ki, tam birlik içində sionist rejimin təhdidlərinə qarşı duraraq onu tam şəkildə nəzarət altına alsınlar.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha